Menu

“Yunis Səfərov zərərsizləşdirilərkən xəsarət alıb” - Ehsan Zahidov

05.07.2018, 13:49
“Yunis Səfərov zərərsizləşdirilərkən xəsarət alıb” - Ehsan Zahidov

"Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb".Bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib: “O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.

Qeyd edək ki, sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinə silahlı hücum edən Yunus Səfərovun polis əməkdaşları tərəfindən tutulduqdan sonra işgəncəyə məruz qalmasını özündə əks etdirən fotosu yayılıb. Fotonu yayanlar iddia edir ki, Y. Səfərov tutulduqdan sonra işgəncələrə məruz qalıb.

Şərhlər

Abit 2018-07-05 13:49:00

Belke döyülerken ölürdü ve bütün sirleri özü ile aparırdı,ne bilirik kimin gösterişi ile edib?ona göre xüsusi telimler keçilmelidi polise,

Men 2018-07-05 13:49:00

Hər an, hər işdə və hər kəsdən Saуıq Ol, heу Azərbуacan xalqı, eу vəтəndaş!....

Sedaqet 2018-07-05 13:49:00

...Tutulma anida var youtubda girin baxin!!! Dunen yazirdiz ki bu Yunus deyil bashqa adamdi indide deyirsiz ki odu amma tutulan zaman bu hala salinib. .... RAMIL Usubov yegane nazirdi ki hele cammatin ona inami qalib kishi kimi kishidi. Sozune butov xalqin yaninda olan shexs!!!...

Mirzə AĞ 2018-07-05 13:49:00

Ayə, bunu öldürüblər ki!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol