Menu

«ABŞ bütün dünyaya atəş açır» - Çin bəyan edir...

05.07.2018, 14:57
«ABŞ bütün dünyaya atəş açır»  - Çin bəyan edir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) kommersiya nazirliyinin (KN) rəsmi nümayəndəsi Qao Fen cümə axşamı bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) tətbiq etdiyi yüksək rüsumlar qlobal istehsal zəncirinə zərbə, bütün dünyaya və ABŞ-n özünə açılmış atəş olacaq.

«ABŞ-ın hərəkətləri mahiyyət etibarilə, qlobal istehsal zəncirinə zərbə vurur. ABŞ bütün dünyaya, eyni zamanda özü-özünə atəş açır» - deyə, Qao Fen brifinqdə bəyan edib.

O, qeyd edib ki, «şübhəsizdir, əgər ABŞ gömrük rüsumları tətbiq edərsə, o zaman həmin rüsumlar əslində, Çin şirkətlərinə və digər ölkələrin şirkətlərinə, o cümlədən, ABŞ kapitallı şirkətlərə təsir göstərəcək».

Şərhlər

t.ədalət 2018-07-05 14:57:29

Şərhim buraya səhv düşüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol