Menu

Rusiya separatçılara bu dəfə “Tornado” sistemlərini göndərdi

25.07.2014, 12:35
Rusiya separatçılara bu dəfə “Tornado” sistemlərini göndərdi

Rusiya Luqansk separatçılarına “Tornado” yaylım atəş sistemi göndərib.

Axar.az xəbər verir ki, bu barədə ukraynalı hüquq müdafiəçisi Dmitri Sneqiryov məlumat verib.

Sneqiryov bildirib ki, ona bu məlumatı özünün rəhbərlik etdiyi təşkilatın üzvləri və hadisənin şahidi olan yerli sakinlər veriblər.

Qeyd edək ki, “Tornado” yaylım atəş sistemləri “Qrad”lardan 4 dəfə güclüdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol