Menu

Əyləncə mərkəzindəki ölüm faktı ilə bağlı cinayət işi başlanıb

06.07.2018, 11:08
Əyləncə mərkəzindəki ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Bakıda əyləncə mərkəzində baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanıb.

APA-nın məlumatına görə, ötən gün Novxanıda yerləşən əyləncə mərkəzində baş vermiş ölüm faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ötən gün Novxanıda yerləşən əyləncə mərkəzində istirahət edən 1983-cü il təvəllüdlü Zamiq Nağıyev attraksiondan yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol