Menu

Putin Astananı Peterburqla müqayisə etdi - «Gerçəkdən müstəqil dövlətin paytaxtıdır»

06.07.2018, 16:54
Putin Astananı Peterburqla müqayisə etdi  - «Gerçəkdən müstəqil dövlətin paytaxtıdır»

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Qazaxıstanın paytaxtı Astana şəhərinin inkişafı və gözəlliyinin rassionallığı barədə fikirlərini bölüşüb və onun inkişaf prosesini öz doğma şəhərinin meydana gəlməsi ilə müqayisə edib.

Qazaxıstan teleradiokompleksinin rəhbəri Erlan Bekhojinə verdiyi müsahibədə Putin bildirib ki, yeni, mustəqil Qazaxıstanın paytaxtı kimi bu şəhərin inkişafı prosesi ilə onun yaranmasının lap ilk günlərindən tanışdır.

«Başlanğıcda o, kiçik və çox sadə, heç kimi küsdürməmək üçün yumşaq desək, sovet şəhərciyi idi. Amma son 20 ildə o, necə dəyişib? Əgər o, möcüzə olmasa da nəinki Qazaxıstanın həyatında, hətta bütün bölgənin həyatında parlaq hadisə olub. Nədən ki, Astana gerçəkdən, müstəqil, suveren dövlətin paytaxtına çevrilib. Onda müasir arxitektura ilə milli kolorit bir-birini tamamlayır - bu, bir. İkincisi - Astanada hər şey planla inkişaf edir» - Putin bildirib.

«Baxın, öz vaxtında - Birinci Pyotrun dövründə Peterburq necə inişaf edibsə, Asatana da təxminən, eləcə. Çünki şəhərin inkişafını elə təşkil etmək imkanları var ki, orada hər şey olsun, həm də eyni cür gözəl və rassional olsun. Hesab edirəm ki, bu, Qazaxıstanın böyük nailiyyətidir» - deyə, Putin əlavə edib.

Rusiya Prezidenti bu işlərdə Qazaxıstanın lideri Nursultan Nazarbayevin ideya müəllifi olaraq, böyük rolunu xüsusi qeyd edib.

Baxın, dövlət müstəqilliyinin son 10 ilində Qazaxıstan demək olar, olmayan yerdən böyük və çox gözəl, Putin demiş, rassional bir şəhər yaradıb və onu paytaxt elan edib. Putinin təbirincə desək, bu şəhərdə hər şey var...

Böyük kədər hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanın payiaxtı Bakı şəhəri də son 10-15 ildə sürətlə inkişaf edib, amma nə yazıq ki, bu şəhərdə «hər şey» yoxdur, inkişafı da spontan! Məsələn, Bakı hələ də içməli su ilə təmin olunmayıb və həm də elə bir şəraitdə ki, bunun üçün ölkənin hər cür və kifayət qədər resursları olub. Sadəcə, həmin resurslardan səmərəli istifadə olunmayıb, vəssalam!

Odur ki, indi yayın bu isti günlərində, hər il olduğu kimi, Bakıda insanlar suya həsrət qalıblar....

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol