"Prezident İlham Əliyev ölkədə, cəmiyyətdə gedən proseslər barədə kifayət qədər məlumatlıdır”.
Bunu "Sherg.az”a Mingəçevir İES-də baş verən qəzanın nəticələrinin aradan qaldırılması məqsədilə keçirilən müşavirənin cəmiyyətdə yaratdığı təəssüratdan danışarkən millət vəkili Aydın Mirzəzadə söyləyib.
Deputat qeyd edib ki, ölkə başçısının həyata keçirdiyi siyasət ölkəmizin inkişafını təmir edir və bundan sonra da dövlətin ayaq üstə durmasına kömək olacaq:
"Bu siyasət nəticəsində Azərbaycan yaranmış fövqəladə vəziyyətdən, enerji böhranından uğurla çıxa bildi. Cəmiyyət bu il aprelin 11-də keçirilən prezident seçkilərində prezident İlham Əliyevə bir daha etimad göstərdi. Hazırkı hadisə zamanı isə vətəndaşlar həmrəylik nümayiş etdirərək, bu sınaqdan şərəflə çıxdılar. Ona görə, Prezident İlham Əliyev də bütün Azərbaycan vətəndaşlarına göstərdikləri dəstəyə, anlayışa və vətəndaş həmrəyliyinə görə təşəkkür ünvanladı.
Heç bir ölkə heç problemlərdən, fəlakətdən sığortalı deyil. Əsas məsələ həmin vaxt dövlətin və vətəndaşların özünü necə aparmasıdır. Ölkə başçısı müşavirədə səsləndirdiyi fikirlərində tam haqlıdır. Əminliklə deyə bilərik ki, Prezidentin tələbləri mütləq yerinə yetiriləcək”.


Şərhlər
stansiyani tezeliyin ondan sonra ugurdan danişarsiz ....
Molades,ura el çalırıq.El çek bu papulist çıxışlardan,
Cənab deputad prezidentin də dilə gətirdiyi elektrik sisteminə ayirdıgı 5 milyarddan,məsul məmurun utanmazlıgından danışmaq əvəzinə,anlaşılmaz ifadələrlə ugurdan, şərəfdən danışmagı təəccubləndirir.Dogurdanmı insanlara dəyən milyardlıq ziyanı,sənayedə, xususən neft sənayesində,komunikasiyalarda,səhiyyədə,ticarətdə baş verən dəhşətlərdən və vəhşətlərdən xəbərsizdir bu deputad.Enerji sektorunun tam çökuşunu cənab prezident çöx durust dilə gətirdi.Bəs siz nə deyirsiniz, cənab deputad.
azerbaycan xalqi hemiwe oz prezidentinin yanindadir.amma harin memurları işdən çıxarmağın vaxti coxdan catib o memurlarla inkisaf ola bilmez
A qadan alım urus ayısı. Bir həftədir Rusiyadan, Gürcüstandan işıq alırlar və utanmadan biri deyir bu məişət problemdir, bu da deyir uğurla çıxdıq. Daş başına heç olmasa kiriyib oturalar yerində, ayıblarına da kor olmurlar. Deyir Əlisi dəli, Vəlisi dəli, qırılmışın hamısı dəli. Bu həyasızlığın son həddində o tərəfdir.
MOLODES COOOOOXXX UGURLA GUR... SONRA CIXDI.SIZEDE GELECEK INKIWAFFUVUZDA UQURLARRR.ANCAQ YAVAWDAMAYIN G... CIXIN... BALA BALA