Menu

Qazaxda kütləvi dava

07.07.2018, 07:11
Qazaxda kütləvi dava

Qazax rayonunda kütləvi dava baş verib.APA-nın məlumatına görə, hadisə Aslanbəyli kəndində qeydə alınıb.

Bir neçə nəfər arasında baş verən mübahisə davaya çevrilib. Nəticədə Aslanbəyli kənd sakinləri, 33 yaşlı Musa Əbdülrəhmanov və 37 yaşlı Ramin Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan birinin bıçaq yarası, digərinin isə küt alətlə xəsarət aldığı bildirilir.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol