Menu

Çin türk hakimi transfer edir: 5 milyon avro maaş

08.07.2018, 11:18
Çin türk hakimi transfer edir: 5 milyon avro maaş

Son illər bahalı futbolçuların və məşhur məşqçilərin transferi ilə diqqət çəkən Çin bu dəfə hakim transfer etmək istəyir.

Qaynarinfo xəbər verir ki, asiyalılar dünya çempionatında fit çalan Cüneyt Çakıra təklif göndərib.

Məlumata görə, çinlilər türk hakimə illik 5 milyon avro maaş təklif edib. Xəbəri TFF Hakimlər Komitəsinin sədri Yusuf Namoğlunun da təsdiqlədiyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol