«AzPooitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp şənbə günü belə bir fikir səsləndirib ki, ölkənin iki aparıcı qəzeti - «Nyu-York Tayms» və «Vaşinqton Post» qəzetləri 7 ildən sonra öz fəaliyyətini dayandıracaq, çünki onlar uydurulmuş xəbərlər yayırlar.
«Tvitter sosial şəbəkəsi saxta akkauntlardan rekord ahənglə xilas olur. Bu proses, yalan məlumatlar yayan «Nyu-York Tayms», həmçinin, «Amazon» şirkətinin təbliğat maşını olan «Vaşinqton Post» qəzetlərinin akkaunlarına da aid olacaqmı? Mənim fikrimcə, bu qəzetlər daim mövcud olmayan anonim mənbələrə istinad edirlər. Onların hər ikisi 7 ildən sonra müflis olacaq» - deyə, Tramp öz «Tvitter» səhifəsində yazıb.
Gümə günü məlum olub ki, «Tvitter»in rəhbərliyi yalan informasiyaların yayılmasını azaltmaq məqsədilə, ötən 2 ayda 70 milyonlan artıq saxta və şübhəli akkauntu bloklayıb. Ekspertlər qeyd edirlər ki, «Tvitter» şirkəti internet-botlara qarşı sürət götürür, baxmayaraq ki, bu, sosial şəbəkədə istitfadəçilərin sayının azalmasına gətirib çıxara bilər. Mikrobloqlar şəbəkəsinin vitse-prezidenti Del Harvinin sözlərinə görə, «əgər insalar özlərini müdafiə olunan hiss etmirlərsə, o zaman söz azadlığı artıq o qədər də əhəmiyyətli olmur».
Tramp dəfələrlə bəyan edib ki, ABŞ KİV-nin böyük qismi ona və administrasiyasına qarşı hədsiz qərəzli yanaşır və doğru olmayan və ya uydurma informasiyalar dərc edirlər. Ötən ilin mart ayında o, Nyu-York Tayms qəzetinin, CNN, NBC, CBS və ABC telekanallarının adlarını çəkib və onları «amerika xalqının düşməni» adlandırıb.


Şərhlər