Menu

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50 mindən çox şəxs sənəd verib

09.07.2018, 10:51
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 50 mindən çox şəxs sənəd verib

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu iyulun 8-də yekunlaşıb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rekord sayda 50 min 697 nəfər müəllim olmaq olmaq istəyən şəxs MİQ.EDU.AZ saytında qeydiyyatdan keçib.

Qeyd edək ki, sənəd qəbulu iyulun 2-də başlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol