Menu

Vladimir Jirinovskinin partiyasının üzvü olan deputat döyülüb

09.07.2018, 13:49
Vladimir Jirinovskinin partiyasının üzvü olan deputat döyülüb

Rusiya Dövlət Dumasının Liberal Demokratlar Partiyasından olan deputatı Sergey Jiqarev döyülüb.

“Report” TASS-a isitinadən xəbər verir ki, məlumatı hüquq-mühafizə orqanları yayıb.

Hadisə iyulun 8-dən 9-na keçən gecə paytaxt Moskvanın cənub-qərbində baş verib. Döyülmə nəticəsində baş-beyin travması alan Sergey Jiqarev xəstəxanaya yerləşdirilib.

Polis deputatı döyən şəxslərin axtarışına başlayıb.

Qeyd edək ki, Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovskidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol