Menu

Binəqədidə yaşayış binasında yanğın  - Sakinlər təxliyə edilib

10.07.2018, 11:33
Binəqədidə yaşayış binasında yanğın  - Sakinlər təxliyə edilib

Bakının Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının pilləkan qəfəsində quraşdırılmış elektrik lövhəsinin giriş və çıxış kabelləri 10 p.m yanıb.

APA-nın FHN-in saytına istinaədn verdiyi məlumata görə, yanğın zamanı 17 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Elektrik lövhəsi və yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol