Menu

Avtomobil qadın piyadanı vuraraq öldürüb

10.07.2018, 12:58
Avtomobil qadın piyadanı vuraraq öldürüb

İyulun 9-da saat 21 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qəsəbə sakini Sərdar Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Xuraman Hüseynovanı vurub.

DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, piyada hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol