Menu

FHN dənizdə qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib

11.07.2018, 22:08
FHN dənizdə qayıqda köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Novxanı çimərliyi istiqamətində (nəzarətsiz ərazidə) 2 nəfərin dənizdə qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən 2 nəfərə müvafiq köməklik göstərilib. Əməliyyat başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol