Menu

BAKIDA DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var + FOTOLAR

12.07.2018, 10:40
BAKIDA DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var + FOTOLAR

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb.

Nəticədə 13 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov APA-ya bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər isə orda Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.

Fotolar: Qafqazinfo və reporta aiddir

Şərhlər

G.M 2018-07-12 10:40:31

Həyatından bezən,narkoman,ruhi xəstələrə rast gəlmək istəyənlər Marşurut Avtobuslarının sürücülərini nəzərdən keçirtsələr kifayət edər.Deyərdim ki,YPX başda olmaqla Nəqliyyat sahəsiylə məşğul olanların bezilərinin savad, etika səviyəsi çoox aşağıdır.Son zamanla isə vəziyət dözülməz həddə çatıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol