Menu

İsrailə ağır zərbə: 80 ölü

26.07.2014, 11:49
İsrailə ağır zərbə: 80 ölü

"Həmas" bir neçə hərbi bazaya hücum etdiyini açıqlayıb

“Həmas” hərəkatı İsrail ordusuna ağır zərbə vurduğunu bəyan edib.ANS PRESS-in məlumatına görə, “Həmas”ın silahlı qolu İzzəddin əl-Qassam Tuqayları Qəzza sektorunda bir neçə hərbi bazaya hücum etdiklərini açıqlayıb.

“Əl-Aksa” telekanalının xəbərinə görə, İzzəddin əl-Qassam Tuqayları “Qurbağa adam” adı altında əməliyyat həyata keçirib. Onlar “Zekim” və “Kerm Ebu Salim” hərbi bazalarına hücum edib. Bundan başqa, İsrail Hərbi-Dəniz Qüvvələri geriyə addım atmağa məcbur olub.

“Həmas”ın bəyanatında bildirilir ki, Qəzza sektorunda bu günə qədər keçirilən hərbi əməliyyatlarda 80-dən çox İsrail əsgəri öldürülüb, 300-dən çox əsgər isə yaralanıb.

Qeyd edək ki, İsrail ordusu əvvəlki illərdə də dəfələrlə Qəzza sektoruna hücum edib. Lakin ordu bu qədər itki ilə verməmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol