Menu

Bakıda dənizdə batan 9 nəfər xilas olunub

14.07.2018, 22:27
Bakıda dənizdə batan 9 nəfər xilas olunub

Gün ərzində dənizdə batan 9 nəfər xilas olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi xəbərə görə, bu gün nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zağulba-3, Nardaran, Mərdəkan, Bilgəh, Novxanı, Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 9 nəfər xilas olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol