Menu

Tramp Avropa İttifaqını ABŞ-ın rəqibləri sırasına daxil edib

16.07.2018, 00:28
Tramp Avropa İttifaqını ABŞ-ın rəqibləri sırasına daxil edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp «Face the Nation» verilişində bəyan edib ki, Avropa İttifaqı (Aİ) ABŞ-n «rəqibləri» sırasına daxildir. Müsahibənin fraqmentləri proqramın «Tvitter»ində dərc olunub.

«Mən, düşünürəm ki, ticarət sahəsində özünü necə apardığını nəzərə alsaq, Aİ bizim rəqibimizdir» - deyə, Tramp bəyan edib. Onun sözlərinə görə, ABŞ-n rəqibləri sırasına Rusiya və Çin də daxildir - iqtisaiyyat nöqteyi-nəzərindən, müəyyən aspektlər üzrə.

«Bu, o demək deyil ki, onlar pisdir - heç elə şey yoxdur. Bu, göstərir ki, onlar rəqabət qabiliyyətlidirlər» - deyə, ABŞ lideri qeyd edib.

Bundan əvvəl Tramp bəyan edib ki, «mümkündür ki, Avropa İttifaqı elə Çin qədər pisdir». Onun sözlərinə görə, dövlətlər - Aİ üzvləri ABŞ-a yönəlik «dəhşətli işlər» görürlər. Prezident onu da xatırladıb ki, Avropa İttifaqı  ABŞ-la ticarət profisiti il ərzində 150 milyard dolları aşır.

Polad və alüminium məhsullarına Trampın yeni idxal rüsumu tətbiq etməsi fonunda, Vaşinqtonla Brüssel arasında münasibətlər hiss olunacaq dərəcədə soyuyub. Bunun qarşılığında, Avropa İttifaqı ölkələri bu tariflər üzrə, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) ABŞ-la mübahisəyə çıxıblar.

Bundan başqa, Aİ da ABŞ məhsullarına 25 faizlik rüsum tətbiq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol