Menu

Putin və Trampın mətbuat konfransında insident olub - FOTO

16.07.2018, 21:55
Putin və Trampın mətbuat konfransında insident olub - FOTO

Rusiya və ABŞ prezidentlərinin birgə mətbuat konfransında insident baş verib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bir kişi şüarlar yazılmış plakatı açmaq istəyib.

Lakin mühafizə xidməti əməkdaşlarının müdaxiləsi nəticəsində buna imkan verilməyib. Həmin şəxs mətbuat konfransından kənarlaşdırılıb. Qeyd edək ki, bu gün Helsinki şəhərində Vladimir Putin və Donald Tramp arasında görüş keçirilib. Görüşün yekununa dair prezidentlərin birgə mətbuat konfransı keçirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol