Menu

Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib

17.07.2018, 10:26
Gədəbəydə 20 yaşlı qız 17 yaşlı qardaşını qətlə yetirib

Gədəbəy rayonunda 17 yaşlı oğlan bacısı tərəfindən bıçaqlanaraq öldürülüb."Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Alıyev Samir Sübhan oğlu boğazından bıçaqlanaraq ölüb. Yaxınları 17 yaşlı oğlanın bədbəxt hadisə zamanı öldüyünü bildirib.

Məlumata görə, S.Alıyevin bacısı, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva əlində olan bıçaqla ehtiyyatsızlıqdan qardaşının boğazına vurub. Bıçaq 17 yaşlı qardaşının boğazına girərək şah damarını kəsib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol