Menu

"Yuventus" klubunun sabiq futbolçusu "Qarabağ"a keçməkdən imtina edib

17.07.2018, 21:43
"Yuventus" klubunun sabiq futbolçusu "Qarabağ"a keçməkdən imtina edib

"Qarabağ" klubu Polşanın "Legiya" (Varşava) komandasının futbolçusu Kristian Pasquatonu heyətinə qatmaq istəyib.

"Report" lgionisci.com-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 29 yaşlı yarımmüdafiəçini transfer etmək istəsə də, italiyalı oyunçu Azərbaycan klubunda çıxış etməkdən imtina edib.

Pasquato daha öncə qeyri-idman hərəkətlərinə görə, komandadan uzaqlaşdırılsa da, sonradan "Legiya"nın düşərgəsinə geri dönüb.

Qeyd edək ki, Kristian Pasquato İtaliyanın "Yuventus" klubunun yetirməsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol