Menu

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub - Ölən və xəsarət alanlar var

18.07.2018, 11:45
Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub - Ölən və xəsarət alanlar var

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol