Menu

Rusiyanın yeni raket kompleksli qırıcıları Xəzər dənizində növbə çəkməyə başlayıb

19.07.2018, 11:23
Rusiyanın yeni raket kompleksli qırıcıları Xəzər dənizində növbə çəkməyə başlayıb

Rusiyanın arsenalında səsdən sürətli "Xəncər" raketləri olan qırıcı-ələkeçirici "MiQ-31" tayyarələri Xəzər dənizi akvatoriyası üzərində növbə çəkməyə başlayıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən qırıcıların planlı növbətçiliyinin strateji saxlama tədbirləri çərçivəsində keçirildiyini bildiriblər.

Qeyd edək ki, "Xəncər" aviadaşıyıcıları eskada mina gəmilərini və potensial düşmənin kreyserlərini məhv edə bilər. Bu kompleksin döyüş hissəsi "İsgəndər" seriyasının modifikasiyalı aeroballistik raketidir. Bu raketlərlə 2 min kilometrdən çox radiusda olan hədəfləri tam dəqiqliklə vurmaq olur.

Şərhlər

t.ədalət 2018-07-19 11:23:57

Görəsən,Rusiya xəzər dənizi üzərindəki uçuşlarla kimi qorxudur?Əlbəttə,bütün bunlar Azərbaycana qarşı hesablanmış təhdidlərdir.Ancaq Rus raket və qırıcıları hələki hansısa döyüş üstünlüyünə malik olmayıblar.Biz hansısa ölkədə Rusun uğurunu görməmişik.Bu silahlar,ancaq zəif ölkələrdə dinc əhalinin qırğınlarını törətməkdən başqa heç nəyə yaramır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol