Menu

"Qarabağ"ın "Kukesi" ilə oyunlarının vaxtı açıqlanıb

19.07.2018, 12:54
"Qarabağ"ın "Kukesi" ilə oyunlarının vaxtı açıqlanıb

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Kukesi”si ilə keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, bu komandalar arasındakı ilk qarşılaşma Albaniyada baş tutacaq. Ağdam təmsilçisinin səfərdəki ilk matçı iyulun 25-də Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Cavab oyunu isə avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq. Bu oyun da 21:00-da start götürəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol