Menu

Bakının bəzi yerlərində işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA

21.07.2018, 00:23
Bakının bəzi yerlərində işıqlar niyə sönüb? - RƏSMİ AÇIQLAMA

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.

"Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı REAL-a bildirib ki, enerji sistemində heç bir problem olmayıb. Sadəcə olaraq, 8-ci kilometr xəttində açılma baş verib və dərhal problem aradan qaldırılıb. Yəhya Babanlının sözlərinə görə, elektrik xəttindəki açılmanın səbəbləri araşdırılır.

Elektrik verilişindəki problem Bakı metrosunun işinə qismən təsir edib. "Bakı metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov REAL-a açıqlamasında deyib ki, qatarların hərəkət qrafiki 10 dəqiqəyə çatıb. Metronun "qırmızı xətti"ndəki bəzi stansiyalarda isə eskalatorlar qısa müddət ərzində işləməyib. Sonrada problem aradan qaldırılıb.

Şərhlər

omer 2018-07-21 00:23:58

Bu biabirciliqdir..hansi esrde yasayiriq..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol