"Azərbaycan Milli Ensiklopediyasında biabırçılıq davam edir". Bu haqda "XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev öz "facebook" səhifəsində yazıb.
"AzPolitika.info"nun məlumatına görə, Etibar Əliyev daha sonra yazıb: "Azərbaycan Milli Ensiklopediyasının 7 cildi çapdan çıxıb. Ensiklopediyanın cildlərindəki məqalələr əsasən “Bolşaya Rossiyskaya Ensiklopediya”dan köçürülür. Ensiklopediya işini bilməyənlər deyirlər ki, burada qəbahət yoxdur. Ancaq bu qəbahət olmaqla yanaşı, həm də rüsvayçılıqdır. Ölkənin alim potensialını şübhə altına almaqdır. Sadəcə tərcümə işidir.
Milli Ensiklopediyanın 7-ci cildini satışda gördüm. Görün bu alimi-biəməllər nə ediblər. Bu cildin 476-cı səhifəsində XX əsrin mühüm fəlsəfi cərəyanı sayılan “ekzistensializm” haqqında məqalə verilib. Yazıblar: “Eksiztensializm(lat.ex(s)istentia-varlıq), varlıq fəlsəfəsi”.

Ekzistensializm “varlıq” haqqında cərayan deyil, ey alimi-biəmməllər. Ekzistensializm “mövcudluq” haqqında fəlsəfi cərəyandır. “Varlıq” haqqında fəlsəfi təlim “Ontologiya” adlanır. Bunu qoyuram bir yana. “Ekzistensializm” haqqında məqaləni elə urvatsız tərcümə ediblər ki, hətta bunu oxuyan filosoflar da heç nə başa düşə bilməzlər.
Düşünürəm ki, 2004-cü ildə olduğu kimi bu Ensiklopediyanın da yüksək dairələrdə müzakirəsinin vaxtı çatıb".
AzPolitika.info

Şərhlər
Statistika idareside ele bu gundedi belkede daha pis gundedi. Butun melumatlar sehv verilir
Burada şübhəli heç nə yoxdur.Ökənin alim resursları bir qrupun əlindədir.İstədiklərini eknmlər doktoru,akademik edirlər.Bir soran yoxdur ki, bu boyda Elmlər Akademiyası,onun ibnstituları, bölmələri var.Bu son 40 ildə heç olmasa bir fundamental elmi iş görülüüb və o nədən ibarətdir? Varmı?YOX! Əsassız əsasandırmalar,zəif işlər,boş laborator məsrəfləri.Elmi bu dərəcəyə salanlara gözün üstə qaşın var deyilməyəndə,mənasız məsrəflərə göz yumanda, toplayanda ,nəzarət olunmayanda..
varlıq və ərəbcə mövcudluq yox, varoluş və ya sadəcə oluş-olumdur bu sözün anlamı..olma bir ani akt deyil, prosesdir..
HER SAHE BERBADDI
Azərbaycanda,Elm,Səhiyyə,Mədəniyyət və ərazi bütövlüyü SSRİ-lə birlikdə dünyasını dəyişdi.....
AZERBAYCANDA HAMI ALIMDI,EWDER OL CANI.HAMIDA NAQIL DANIWIR.INKIWAFDA OZYERINDE,NE ANALOQUVAR, NEDE ATALOQU.HESAB EDIREMKI, YETIMDI.KEYF ELEYIN
Neyləsin yazıq-binəvalar. Onların qabındakı odur da. Onlar üçün əsas məsələ hap-gopnan onu içərisini doldurub, çap edib paraları sümürməkdir. Ancaq o binəvalar qanmırlar "xalqın irəliləyişini, sıçrayışını, uçuşunu gündəlik atalıq-analıq qayşısı ilə qutlayan canıyanın dövlətimiz" sayəsində 5-6 nəfər də olsa ölməyib yerdə qalan savadlılar var və bu şəxslər də onların yazdıqlarını oxuyub Mirzə Cəlilin Kefli İsgəndəri kimi deyəcəklər ar olzsin sizə!!! Amma onlar ....