Menu

“Başladığım elmi işi tamamlayıb, təhvil verəcəm” - Nazpəri

22.07.2018, 14:50
“Başladığım elmi işi tamamlayıb, təhvil verəcəm” - Nazpəri

Xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru olması qalmaqalı ilə bağlı açıqlama verib.

"Qafqazinfo"nun verdiyi məlumata görə, əvvəlcə bu fəxri adı alması haqda sənədin fotosunu sosial şəbəkədə paylaşan, daha sonra isə silən müğənni elmi işini hələ bitirmədiyini deyib.

Dostəliyeva haqqında yazılan fikirlərin onu gözü götürməyən həmkarlarının işi olduğunu bildirib:

"Son günlər sosial şəbəkələrdə kimlərinsə səyi və canfəşanlığı nəticəsində haqqımda xoş olmayan fikirlər yazılır. Əslində bu fikirlərin haradan qaynaqlandığını, kimlər tərəfindən ortaya atıldığını bilirəm. Ancaq hər şeyin öz zamanı var. Əminəm ki, haqqımda yazılan tamaşaçı, dinləyici yox, uğurlarımı gözü götürməyən, nailiyyətlərimdən xəstəlik tapan bəzi insanların və əlaltılarının fikirləridir. Xalqıma, millətimə heç vaxt yalan danışmadım, onların qarşısına layiq bilmədiyim libaslarda çıxmadım, hər bir tamaşaçını öz ailə üzvüm bildim. Bu gün də belədir. Atamın, qardaşlarımın qarşısında geyinməyi rəva bilmədiyim geyimlərimi tamaşaçıma da rəva bilmədim. Çünki məni bu yerə tamaşaçım gətirib. Bəzi paxıl, mənfur həmkarlarımın bu hücumları qarşısında da güman yerim məhz tamaşaçıdır. Onların mənə güvənməsi yetərlidir. Kimlərinsə narahartlıq keçirməsi, əngəllər yaratması məni yolumdan döndərə bilməyəcək. Başladığım elmi işi tamamlayıb təhvil verəcəyəm və ondan sonra Allah qismət etsə, daha bir xoş günümü, uğurumu tamaşaçılarımla paylaşacağam".

Şərhlər

kasıb alim 2018-07-22 14:50:33

Bəli, bu gün dəb düşüb baş redaktorlar ildırım sürəti ilə 4-5 ilin içində fəlsəfə doktoru(yəni elmlər namizədi), elmlər doktoru, professor olurlar. Sağ olsun KİVDF. Aldıqları yardımları ancaq elmi adlara sərf edirlər. Baş redaktorlar, tanınmış jurnalistlər, MM-in deputatları, vəzifəli şəxslərin xanımları və övladları dəbə uyğun olaraq "alim" adı alırlar. Sağ olsun saxtakar, pulla elmi iş yazan alimlər, saxta rəy verənlər, saxta elmi işləri müzakirəyə buraxanlar və Ali Attestasiya Komissiyası!!! URRA!!!

yusif 2018-07-22 14:50:33

men bir bas redaktor taniyiram 3 ilde elmler doktoru oldu. amma ozu bir cumle de yazmadi-cunki yaza bilmirdi- 30 min xerci cixdi- Siyasi elmler doktoru ucun

Abit 2018-07-22 14:50:33

Vallah ay Nazperi çalıf oxumaq üzre heç müdafie etmeye ehtiyacın yoxdu,xalq bilirki o sahe üzre çoxdanın professorusan

Şamaxılı 2018-07-22 14:50:33

Görün ölkə nə əziyyətddir ki, elm belələrinə qalıb.Bunun elmi istiqamətləri çoxdur.Hansı mövzu öndədir?

yusif-1313 2018-07-22 14:50:33

2 CÜMLƏNİ ARDİCİL DEYƏ BİLMƏYƏN "TƏYİN OLUNMUŞ" MİLLƏT VƏKİLLƏRİ VƏ HAKİMİYYƏT NÜMAYƏNDƏLƏRİ FƏLSƏFƏ ÜZRƏ DOKTOR OLA BİLİRLƏRSƏ MÜGƏNLİLƏR NƏYƏ GÖRƏ OLMAMALİDİRLAR.

Mirzə AĞ 2018-07-22 14:50:33

Ey, gələçəyin hörmətli "alimi", elmi işi təhvil vermirlər, müdafiə edirlər!!!

alı 2018-07-22 14:50:33

BAZAR OLSUN.Toy pullarından dolayısı ilə "alimlərimiz" də bəhrələnirlər.Nazpəri xanım 1-2 babat toy tutub onu "elmin" yolunda xərcləsə 1-2 ilə akademik də ola bilər.Göründüyü kimi vətənimizin bütün sahələrindəki inkişaf etdiyi kimi eynilə elmimiz də toçbatoç o cür inkişaf edir.Agzıgöyçəklərdə deyir inkişaf hanı?! Bə bu nədi ə? İnkişaf bə nətər olur? Ala sox gözünə---OXUYUR AME akademiyasının müxbir üzvü Nazpəri Dostəliyeva!!!! Oxayyyy... Öldüm ay ALLAH.Canın yanmasın Nazpəri.

zakon 2018-07-22 14:50:33

Bəs aldığın elmi dərəcə necə oldu?

Mirzə AĞ 2018-07-22 14:50:33

Ай, молодец, "ВАК"!

Nazeni 2018-07-22 14:50:33

Balam chox alimlerden Nazperi savadli ve mentiglidir. Onun heyat tecurbesi bir akademiyadir. Yaz bacim Allah sene guc ve choxlu pul gismet elesin axi peshekar dissertasiya yazanlar mudafiye shuralari ve VAK pulsuz qalar. Mudafielerin 50 faizi bele olur yerde qalanlarida hec ne. Bir dene deyerli uze cixan ish mudafiye olunmur, hamisi menasiz ve anti elmi mudallarla alim olurlar. Bu elmi bu gune salanlara Allah lenet etsin.

Abit 2018-07-22 14:50:33

Deyirem dünyada nece rengler var.Bir deli şeytan deyir Eleddin emiye yazılı suallar gönder.Allah Elesgerede rehmet elesin.Gel biryerde yazaq.Tek elden ses çıxmaz....

Oxucu 2018-07-22 14:50:33

Xanım Nazpəri! Sizin təkidli israrınız göstərir ki,Mədəniyyət sahəsində zirvələrə alternativ "metodlarla" çatmaq mümkündürsə,adı qoşa çəkilən Elm sahəsinə də baş vurmaq olar,necə ki, hazırda ənənə halını alıb.Nəzərə alın ki,sizi dinləyən cəmiyyətdə olan hətda cuzi elmi anlayışlı insanlar belə,tam yəqin edirlər ki,söylədiyiniz "elmi" anlayışlar və fəkirlər bəzəkli cəfəng sözlər toplusundan başqa bir şey deyil. Dahi Aşıq Ələsgər demişkən,özünü ağıra salma zora düşərsən. Ən xoş arzularla.

kasıb alim 2018-07-22 14:50:33

AMEA-da "alimlər"sifarişlə namizədlik dissertasiyasını 5-6 min manata, bəzən də 4 minə, doktorluq dissertasiyasını isə 13-15 minə yazırlar. sonrakı xırda-para xərlər də təxminən 2-3 minə başa gəlir. Məqalələr, rəylər və s. Buyur. pulun varsa alim ola bilərsən, hələ akademik də olarsan. Təki pulun olsun, pulu olmayanlar isə heç ilkin müzakirəyə də buraxılmır! Nazpəri kimdən əskikdir ki? Belə gedərsə, 2-3 ilə doktor, sonra da professor olar, baxarsınız...

Elxan 2018-07-22 14:50:33

Bu arvad lap yordu e bizi!!!Ay manis,sen niye insanlari ele salirsan?Kime lazimdi sen elmi iwi yazacaqsan,yazmayacaqsan!?Elmi iwi yazib arxasinda dayanirlar ve mudafie edirler.Pambiqi,tutunu yiqib tehvil verirler,sen bele weyleri qariwdirma.Sen senedlerin saxtalawdirilmasi maddesi ile mesuluyyete celb oluna bilersen.Her halda qanuni dovletlerde bu bele olur.Meselenin mahiyyetini gizletmek ucun bu ne cirkin oyunlardir sen oynayirsan?Bu olkede manislar qanundan ustundur,buna gore de musanın arvadi mehkemenin cixardiqi qerari icra elemir ve buna gore onu cezalandiran da yoxdur....Bu olkede hami menim kimi sizlere nifret etseydi,olkenin hormetli wexsleri sizler deyil,elm adamlari,ziyalilar olardi.Bawda sizler deyil,bu olke ucun,millet ucun deyeri,qiymeti olan,bu millet ucun cani yanan alimlerimiz oturardi.

pensiyaci alim 2018-07-22 14:50:33

Elmi ish toy, nishsan, xinayaxdi, ad gunu , banket ve yaxud da her hansi bir tedbir deyil ki, onu qisa vaxtda yay movsumunde basha catdirasan. Ozu de Shamaxida elmi ish yazmirlar , istirahet edirler.Hormetli mugenni , esl elmi ishler kitabxanalarda ,elmi- tedqiqat institutlarinda gergin zehmetin bahasina yaranir ve elmi shuralarda mudafie edilir. Mahni deyil ki, ne istediler oxuyasan.Ugurlar arzulayiram.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol