Menu

Bakı bazarlarında xiyar bahalaşdı

22.07.2018, 19:39
Bakı bazarlarında xiyar bahalaşdı

Yay aylarında süfrələrin əsas təamı olan xiyarın qiyməti qalxıb.Paytaxt bazarlarında xiyarın qiyməti 80-90 qəpik arasında dəyişir. Bir sıra mağazalarda hətta 1,2 manat təşkil edir.

Satıcıların sözlərin görə, mövsümün əvvəlində xiyarın qiyməti 50-70 qəpik idi. Hazırda ən çox yelpənək bahalaşıb - 0,9-1 manata yüksəlib: “Bir ay əvvəl xiyarı fermerlərdən 40 qəpikdən alırdıqsa, artıq 50-60 qəpikdən alırıq”.

Xiyarın bahalaşmasına səbəb kimi isə məhsulun azlığı göstərilir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsi ötən ay xiyarın qiymətində ucuzlaşma qeydə alıb.(oxu.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol