Menu

İran vətəndaşı Azərbaycana daxili orqanında heroin keçirməyə cəhd edib

24.07.2018, 14:40
İran vətəndaşı Azərbaycana daxili orqanında heroin keçirməyə cəhd edib

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında 6 ədəd bükümdə ümumi xalis çəkisi 102,245 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol