Menu

Yunanıstanda meşə yanğını nəzarətdən çıxıb! - Avrokomisiya kömək vəd edir...

24.07.2018, 16:31
Yunanıstanda meşə yanğını nəzarətdən çıxıb! - Avrokomisiya kömək vəd edir...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komisiyasının (AK) sədri Jan-Klod Yunker Yunanıstanın Baş naziri Aleksis Tisprasa məktub göndərib. O, ölkədə tüğyan edən meşə yanğınları nəticəsində insanların həlak olması səbəbilə, hökumət başçısına başsağlığı verib. Bildirib ki, böhran tənzimlənməsi üzrə avrokomisar mülki müdafiə strukturlarının fəaliyyətini tənzimləmək üçün Afinaya yola düşəcək.

Məktubun surətini Avropa Komisiyasının (AK) rəsmi nümayəndəsi Marqaitis Sxinas özünün «Tvitter» səhəfiəsində dərc edib.

«Yunanıstandakı dağıdıcı yanğınlarda çoxsaylı insanların həlak olması xəbərini ürək ağrısı ilə eşitdim. Avropa Komisiyası adından həlak olanların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Hər şey ediləcək ki, bu gün, sabah və nə qədər lazımdırsa o qədər köməklik göstərilsin» - məktubda belə deyilir.

Məktubda o da qeyd edilib ki, avrokomisar Kristos Stilianides çərşənbə axşamı yerli hakimiyyət orqanları ilə koorlinasiya üçün Afinaya yola düşəcək.

«Avropa həmrəyliyi mexanizmi aktivləşdirilib. Mülki müdafiə orqanları ilə məsləhətləşmələr aparmaq üçün komisar Afina yolundadır» - deyə, AK rəsmi nümayəndəsi Sxinas təsdiqləyib.

Afinaya öz dəstəyini Avropa Şurasının başçısı Donald Tusk da elan elib.

«Bu çətin anda Avropa yunan dostlara öz dəstəini göstərəcək. Bir neçə Aİ ölkəsindən kömək artıq yoldadır» - deyə, Tusk öz «Tvitter»ində yazıb və qurbanlara görə, başsağlı verib.

Yunanıstanın Baş nazirinin mətbuat xidməti də öz növbəsində, bu gün səhər Tsirpasla Yunkerin telfon danışığı apardıqları barədə məlumat yayıb.

İlkin məlumatlara görə, Attikada tüğyan edən yanğın nəticəsində gun ərzində 50 nəfərdən arrtıq insan həlak olub, 150-dən çoxu isə zərər çəkib.

Xəbər verilir ki, bazar ertəsi Yununıstanda, əsasən də Attika paytaxt bölgəsində, bir neçə güclü yanğın baş verib. Son günlər ölkədə 40 dərəcəlik isti hava yaşanır, bazar ertəsi isə güclü külək səbəbilə, vəziyyət bir qədər də gərginləşib. Bofor şkalası ilə 7 ballıq küləyin əsməsi səbəindən, alovun öhdəsindən gəlmək mümkün olmayıb. Son məlumata görə, vəziyyət nəzarət altından çıxıb. Attikada fövqəladə vəziyyət elan olunub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol