"Azərsun Holding" 2017-ci il üçün konsolidasiya edilmiş maliyyə hesabatını açıqlayıb. Hesabata görə, qrupun gəlirləri (ƏDV nəzərə alınmadan 792,7 milyon manat) il ərzində 3,7 faiz azalıb.
Ötən il holdinqin əməliyyat xərcləri 98,2 milyon manat təşkil edib. Bu, 2016-cı ildəkindən 26 milyon manat azdır. Satış və inzibati xərclər (55,6 milyon manat) 8 faiz artıb. Vergi ödənilənə qədər şirkətlər qrupunun konsolidə edilmiş mənfəəti 39 milyon 167 min manat təşkil edib. İl ərzində holdinqin mənfəəti 20 milyon manat azalıb. Dövlət büdcəsinə 10,3 milyon manat mənfəət vergisi ödənilib. 2016-cı ilin sonu üçün mənfəət vergisi 11,5 milyon manat təşkil edib. Ümumilikdə, "Azersun Holding" MMC-nin səhmdarları 2017-ci ildə 27,1 milyon manat xalis mənfəət qazanıb. Bu, əvvəlki ilə nisbətən 19,5 milyon manat azdır. Holdinq dövriyyə vəsaiti və mənfəətin azalmasının səbəbləri barədə şərh vermir.


Şərhlər