«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbrə görə, İsrail hərbçiləri Rusiyanın «Suxoy» hərbi-sənaye kompleksinin istehsalı olan "Su-24" təyyarəsini vurublar. Xəbəri ordunun mətbuat xidməti yaıb.
«İsrailin müdafiə ordusu İsrailin hava məkanına 2 kilometr nüfuz etmiş təyyarənin yaxınlaşmasını izləyib» - deyə, bəyanatda bildirilir. Təyyarəyə «Petriot» zenit-raket komleksindən (ZRK) iki raket atəşi açılıb.
Bəyanatda qeyd olunur ki, təyyarə Suriya hərbi-hava qüvvələrinə məxsus olub. Ekipajın taleyi barədə məlumat verilmir.
İsrail tərəfi ehtimal edir ki, «Suxoy» təyyarəsi son həftələr sərhəd bölgəsində müxalifətin silahlı dəstələrilə gedən döyüşlərdə iştirak edib. Suriyalı hərbi mənbə isə öz növbəsində, bildirir ki, təyyarə «İslam Dövləti» qruplaşmasının mövqelərinə zərbələr endirib və İsrailin hava məkanına daxil olmayıb.
«SANA» agentliyi hərbi mənbəyə istinadla xəbər verib ki, Suriya təyyarələri Yarmuk dərəsində, özünün hava məkanında terrorçulara qarşı döyüş tapşırıqları yerinə yetirir.
İsraildə isə bildirirlər ki, təyyarəni vurmazdan əvvəl, onun Rusiya hərbi-kosmik qüvvələrinə aid olmadığına əmin olublar.
Bundan əvvəl, İsrailin sabiq müdafiə naziri Moşe Yalon «RİA Novsoti» agentliyinə müsahibəsində bildirib ki, İsrail hərbçiləri Suriyaya məxsus "Su-24" təyyarələrini, Rusiya "Su-24"lərinlə fərqləndirmək qabiliyyətindədirlər. Suriyada insidentlərdən qaçmaq üçün hər iki ölkənin hərbçiləri arasında «qaynar xətt» fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, Suriya və İsrail arasında Qolan yüksəkliklərinin statusu ilə bağlı çoxillik ərazi münaqişəsi davam edir.


Şərhlər