Menu

Emil Axundov vəfat etdi

28.07.2014, 13:07
Emil Axundov vəfat etdi

O, 4 dəfə ardıcıl əməliyyat olunsa da, vəziyyəti yaxşılaşmayıb

Azərbaycanın əməkdar inşaatçısı, Bakı Baş Tikinti İdarəsinin (“Qlavbakstroy”) keçmiş rəhbəri Emil Axundov vəfat edib. Lent.az-ın məlumatına görə, məşhur inşaatçı vaskulit kimi ağır xəstəlikdən əziyyət çəkirmiş. Bu xəstəlik üzündən onun böyrəkləri funksiyasını itirib, mədə-bağırsaq sistemində güclü qanaxma olub.

O, 4 dəfə ardıcıl əməliyyat olunsa da, vəziyyəti yaxşılaşmayıb və bu səbəbdən həkimlər E.Axundovu medikamentoz koma vəziyyətində saxlamağa qərar veriblərmiş.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol