Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. O, Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirli bilinən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən R.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihamda yazılır ki, Rufan Hüseynov 2014-2015-ci ildə Suriyadakı qanunsuz silahlı birləşmələrin təlimlərində iştirak edib.
Məlumata görə, o, İŞİD tərkibində olan "Çeçen caamatı"a qoşulub. Daha sonra Türkiyəyə qayıdıb və orada saxlanılaraq Azərbaycana təhvil verilib.
Rufan Hüseynov ittihamla özünü qismən təqsirli bilib.


Şərhlər