Menu

Azərbaycanda bank sektoru altı ayda 36,3 mln. manat mənfəət əldə edib

25.07.2018, 16:11
Azərbaycanda bank sektoru altı ayda 36,3 mln. manat mənfəət əldə edib

2018-ci il iyulun 1-nə bank sektorunun mənfəəti 36,3 mln. manat təşkil edib."APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata istinadən xəbər verir ki, bu ilin altı ayında bankların faiz gəlirləri 843,3 mln. manat, faiz xərcləri isə 299 mln. manat olub.

Qeyd edək ki, banklar bu ilin yanvar-iyun aylarında kreditlər üzrə faizlərdən 584,3 mln. manat əldə edib.

Hesabat dövrü ərzində aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 258,4 mln. manat vəsait xərclənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol