Menu

Bakıda tozun miqdarı normadan 4 dəfə yuxarıdır

25.07.2018, 17:30
Bakıda tozun miqdarı normadan 4 dəfə yuxarıdır

Bu gün Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən APA-ya verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.

Qeyd olunub ki, atmosferdə müşahidə olunan toz 27 iyul 2018-ci il tarixinədək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol