Menu

Daha 1 vəkilin fəaliyyəti dayandırılıb - 2 vəkilə töhmət verilib

25.07.2018, 22:34
Daha 1 vəkilin fəaliyyəti dayandırılıb - 2 vəkilə töhmət verilib

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.Kollegiyadan verilən məlumata görə, iclasda Vəkillər Kollegiyasının sədri Anar Bağırov son dövrlər Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verib, xüsusilə vəkilliyə qəbul prosesinin yekunlaşdırılması, yeni vəkillərin vəkil qurumlarına göndərilməsi, onların qurumların işinə yaxından cəlb edilməsi məsələləri müzakirə olunub, vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiq edilib.

Daha sonra Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədov tərəfindən “Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi” qaydlarına dair layihənin təqdimatı keçirilib, bildirilib ki, Rəyasət Heyətinin üzvləri ən qısa zamanda layihəyə dair öz təkliflərini Kollegiyanın Aparatına təqdim etsinlər.

Eyni zamanda, yeni vəkil qurumlarının təsis edilməsi, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul olunub.

İclasda vəkillər barəsində başlanılmış 10 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 2 vəkilə töhmət verilib, 1 vəkilin fəaliyyəti dayandırılıb, 1 vəkilin də Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərər qəbul olunub, digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib.

Bundan başqa, iclasda Vəkillər Kollegiyası üzvlərinin peşə fəaliyyəti zamanı yol verdikləri nöqsanlar, onlardan şikayətlər və digər məsələlərlə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin “Qaynar xətti”nin yaradılması barədə qərara verilib.

O cümlədən, 30 iyul – “Vəkillərin peşə bayramı günü”ndə Vəkillər Kollegiyası Rəyasət Heyəti üzvlərinin Bakı şəhərində yerləşən ahıllar evlərindən birini ziyarət etməsi və oranın sakinlərinə ödənişsiz hüquqi yardım göstərilməsi barədə qərar qəbul edilmiş, bütün vəkil qurumlarına isə həmin tarixdə gün ərzində qurumlara müraciət edənlərə pulsuz hüquqi yardım göstərilməsi tövsiyə olunub.

Sonda Kollegiyanın fəaliyyətinə dair sair məsələlər ətrafında müzakirələr aparılmış, müvafiq qərarlar qəbul olunb.

Qeyd edək ki, Anar Bağırov Vəkillər Kollegiyasına sədr gələndən tanınmış vəkillərin əksəriyyətinin fəaliyyətinə son verilib. Bəziləri də yaranmış vəziyyətə görə vəkillik fəaliyətini dayandırıblar.

Şərhlər

EWDER 2018-07-25 22:34:05

MOLODES, ANAR YAMAN INKIWAF EDIR...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol