Menu

Rus ordusu olmasaydı, Qarabağda erməni qalmazdı - Jirinovskidən etiraf

26.07.2018, 11:23
Rus ordusu olmasaydı, Qarabağda erməni qalmazdı - Jirinovskidən etiraf

Rusiyanın Gümrü və İrəvanda bazası olmasaydı, Qarabağda artıq ermənilər yox idi.Axar.az xəbər verir ki, bunu Rossiya-1 televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

“Bizim ordumuz Ermənistanda olduğuna görə ermənilər Qarabağda rahat yaşayırlar. Rusiya postsovet məkanındakı konfliktlərdə keçmiş SSRİ-nin bütün əhalisini qorumaq və xilas etmək üçün iştirak edir.

Dnestryanıda 1992-ci ildə insanları kəsməyə, rus milislərini qaralamağa, qızları zorlamağa başladılar. Soyqırım, vətəndaş müharibəsi gedirdi. Rus ordusu bunun qarşısını aldı. Əgər Donbasda da ruslar öldürülməsəydi, bu gün Ukrayna hadisələri olmazdı. Biz osetin və abxazları da xilas etmişik. Biz keçmiş SSRİ-nin bütün əhalisini müdafiə edəcəyik. Biz Kanada və Afrikaya girməyəcəyik, amma SSRİ və Rusiya imperiyasının tərkibində yer alan hər kəsi milliyətindən asılı olmayaraq, müdafiə edəcəyik”, – deyə o bildirib.

Şərhlər

buzlaq 2018-07-26 11:23:50

İmperiya maraqlarını qoruyursan da. Guya yeni nəsə deyirsən ki. Çar Rusiyası dağılan zaman Lenin ortaya çıxıb 70-75 il imperiyanın ömrünü uzatdı. İndi də barmağınız keçmiş SSRİ məkanı daxilində hər quyruğun (oxu qaynar nöqtə) altındadır. O vaxtkı rəhbərlər də Müttəfiq Respublikalarda bu muxtariyyətləri yaratmışdılar ki, istənilən anda orada rus qoşunu olsun.

Abit 2018-07-26 11:23:50

Ay tı binava etiraf edirsiz yavaş yavaş,ermeniye xox gelirsen hemde

Azad 2018-07-26 11:23:50

Əcaba, bəs niyə görə rus ordusu ermənistanda yasayan Azərbaycanliları qorumadı? Azərbaycanlılar SSRİ-nin tərkibində yaşamamışdılar ki onlara qarşı soyqrım olanda, öz tarıxı yurd-yuvalarından vəşicəsinə qovulanda rus ordusu onlara qəhmər çıxmadı? Əksinə öz xaçpərəst itlərinə dəstək verdi.Bunun səbəbi yəqin ki, jirinovskiyə də məlumdu... İSLAM.

t.ədalət 2018-07-26 11:23:50

Rusiyanın Dağlıq Qarabağa işğalçı ordu yeritməsini Azərbaycandakı "rus sevdalıları"ndan başqa hamı bilir.Elə o qoşunun hesabına Bakıda vəzifələrə və parlamentə "irəli çəkilən" məmur və deputatlar var.MDB məkanılnda Rus ordusu xristianların "qoruyucusu" kimi çıxış edir.Müsəlman türklərinin isə alternativsiz qənimidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol