Menu

Ermənilər diasporun puluna Qarabağda hərbi şəhərcik salır

28.07.2014, 16:02
Ermənilər diasporun puluna Qarabağda hərbi şəhərcik salır

Azərbaycanın işğal altında olan Dağlıq Qarabğda bölgəsindəki separatçı rejimin başçsı Bako Saakyan Ağdərə rayonunun Kolatak kəndində işğalçı qüvvələr üçün salınacaq yeni kvartalın təməl qoyma mərasiminə qatılıb.

Musavat.com-un erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Saakyan “xeyriyyəçi” Ayk Maqakelyana bu proqramı maliyyələşdirdiyi üçün minnətdarlıq bildirib. “Hərbi şəhərciyinin salınması diapora ilə əlaqələrin mövcudluunun ən yaxşı təzahürüdür”, - deyə o qeyd edib.

Mərasimə Ermənistanın müdafiə naziri Seyran Ohanyan da qatılıb.

Nə əlavə eləmək qalır: tiksinlər, inşa eləsinlər, onsuz da onların hamısı gec-tez Azərbaycanın mülkiyyətinə keçəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol