Menu

Ronaldo İspaniya vergi orqanlarına 19 milyon avro ödəyəcək

26.07.2018, 19:45
Ronaldo İspaniya vergi orqanlarına 19 milyon avro ödəyəcək

İspaniya vergi orqanları İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştiano Ronaldonu cərimələyib.

"Report" "EFE" agentiyinə istinadla xəbər verir ki, 33 yaşlı hücumçu pul cəzasını ödəməyi qəbul etdiyi üçün həbs olunmayacaq.

Portuqaliyalı forvard faiz və məhkəmə xərcləri ilə birgə İspaniya xəzinəsinə 19 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kriştiano Ronaldo 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınıb. 2009-cu ildən "Real Madrid"də çıxış edən Ronaldonun iyulun 10-da "Yuventus"a transferi açıqlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol