Menu

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyətindədir

26.07.2018, 23:59
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyətindədir

ABŞ Konqresi 2018-ci ilin sonunadək Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini qəbul edə bilər. APA-nın “Blumberq”ə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Senatının beynəlxalq işlər komitəsinin sədri Bob Korker deyib.

“Konqres, böyük ehtimalla, Rusiyaya qarşı sanksiyalara dair qanun layihəsini bu il qəbul edəcək”, - deyə B.Korker bildirib.

O qanun layihəsinin tezliklə qəbul edilməsini arzuladığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol