Menu

Qubada sərxoş kişi intihara cəhd edib

27.07.2018, 20:04
Qubada sərxoş kişi intihara cəhd edib

Qubada sərxoş kişi damarını kəsərək intihara cəhd göstərib.

"Report"un Şimal bürosunun məlumatına görə, Quba rayon Növdün kənd sakini, 1974-cü il təvəllüdlü Ağakişiyev Şöhrət Müzafəddin oğlu Quba bazarında damarını kəsib.

Xəstəxanaya yerləşdirilən şəxsin sərxoş olduğu bildirilir. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol