«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ağ evin nümayəndəsi Hoqan Hidli İrana zərbə endirmək hazırlığı barədə «ABC» Avstraliya teleradio şirkətinin dərc etdiyi informasiyanı təsdiqləməyib.
«Mən, bu xəbəri təsdiqləyə bilmərəm. Xahiş edirəm bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə müraciət edəsiniz» - Hildi deyib.
Bu zaman Ağ evin nümayəndəsi qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp İran məsələsində öz mövqeyini açıqca ortaya qoyub. Vaşinqtonun fikrincə İranın fəaliyyəti bölgənin sabitliyini pozur.
«Biz, həmkarlarımız və müttəfiqlərimizlə işləyirik. İranı öz mövqeyini dəyişməyə və bölgədə fəaliyyətini dayandırmağa məcbur etməyə çalışırıq» - deyə, Hidli bildirib.
Avstraliyanın Baş naziri Malkolm Ternbull isə öz növbəsində, guya avqust ayına planlaşdırılmış İranın nüvə obyektdərinə zərbə endirmək hazırlığı barədə yayılan informasiyanı «uydurma» adlandırıb.


Şərhlər