Menu

«Payızda Tramp-Putin görüşü baş tutmayacaq» - Ağ ev

28.07.2018, 00:58
«Payızda Tramp-Putin görüşü baş tutmayacaq» - Ağ ev

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) hakimiyyəti payıza nəzərdə tutulmuş Tramp-Putin görüşünü təxirə salıb.

Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun sözlərinə görə, böyük ehtimalla, iki ölkə liderlərinin görüşü 2019-cu ildən tez baş tutmayacaq («Bloomberq»).

«Tramp, Putinlə görüşü gələn il keçirmək istərdi» - deyə, agentlik Boltondan sitat gətirir.

Vaxtın dəyişməsi onunla izah edilir ki, 2019-cu ilin əvvəlinə Rusiyanın guya, ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi barədə «rusiya işi» üzrə araşdırmaların başa çatdırılması payıza gözlənilir.

Məlum olduğu kimi, ABŞ lideri iyulun 16-da Putinlə Helsinkidə görüşüb. Danışıqlardan sonra ABŞ Prezidenti sammit barədə həvəslə danışıb. Amerika KİV-i isə əksinə, «mövqeyi əldən verdiyinə» görə, onu tənqid atəşinə tutub. Bir qədər sonra, məlum olub ki, Tramp rusiyalı həmkarını payızda Vaşinqtona dəvət edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol