Mədət Şıxəmirova şiddətli töhmət verilib...
"Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov SV vaqonlarda qiymət artımının zəruri olduğu, “hər yerindən duranın SV-yə bilet alması” na görə qiymətlərin 10 faiz artırılması ilə bağlı mediaya verdiyi açıqlama cəmiyyətdə narazılığa və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Moderator.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi məsuliyyətsiz bəyanatına görə artıq M.Şıxəmirovu cəzalandırıb.
Belə ki, M.Şıxəmirova axırıncı xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.


Şərhlər
Hər yerindən duranı vəzifəyə qoyanda belə halları düşünmək vacibdir.
Kadr siyasətinin bərbad edildiyi ölkəyə hələ bu da azdır.Hər tərəfi bazara çevirəndə nə düşnürdünüz?
Bismillahir-Rəhmanir-Rəhim.Hörmətli Cavid Qurbnovdan soruşmaq gərəkdir ki, bu cəzasızlıq və məsuliyyətsizlik mühitü Azərbaycan Dəmir Yolları QSC-də kim yaradıb?
Mən sizi qəti şəkildə əmin edirəm və tam məsuliyyətimlə bəyan edirəm ki, heç bir məmur Baş məmurun göstərişi olmadan belə bir iş görə bilməz! Departamentinin rəis müavini Mədət Şıxəmirov göstəriş versədə onu heç kim icra etməz.Bu gür işlər rəhbərliyin əmri ilə həyata keçirlir. Dəhşətlisi odur ki, səmimiyyət yoxdur.Vallar söz tapmıram.
molodes... boyuk cezadi....... ...YAXWISI BUDUR KI, MILLIONLARINA EL QOYUN .EWDER OL CANI
O bədbəxt yuxarıların sözünü dedi, amma qanmadı ki, yuxarılar bunu öz aralarında danışıb, nifrət etdikləri aşağılar eşitməsin deyə bağlı qapı arxasında danışmışdılar. Bu isə onların bu sözünü (baş yoxdur axı) "Reyxstağa Qələbə Bayrağını sancan Şəxs kimi" fəxrlə danışdı. Amma yuxarıdakılar gördülər ki, bu qıcıq böyüyüb çox su aparacaq tez bu "qurbanlığı" verdilər rasxoda.
P.S. Su meymunun boğazına çıxanda balasını ayağının altında qoyur.
Sağ olun Cavid müəllim.
“hər yerindən duran" Mədətin özüdür. Milləti iki təbəqəyə bölmək böyük qəbahətdir, ayıbdır.
Bişmiş toyuqun gülmeyi gelir,reis müavini qiymet artımından danışır sonra reis onu cezalandırır.Milletle mezelenirler