Menu

Ermənistanda KTMT-nin baş katibi zaminə buraxılıb

28.07.2018, 01:32
Ermənistanda KTMT-nin baş katibi zaminə buraxılıb

Ölkənin konstitusiya quruluşunun devrilməsində təqsirli bilinən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, Ermənistan Silahlı Qüvvələrinin sabiq rəisi Yuri Xaçaturov məhkəmənin qərarı ilə zaminə buraxılıb.

APA-nın “İnterfaks” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə onun vəkili Miqran Poqosyan bildirib.

Zaminə buraxma məbləği 5 milyon dram (11 min ABŞ dolları) təşkil edib.

İttiham 1-2 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işinin ilkin istintaqı zamanı əldə olunmuş yetərli sübutlar əsasında irəli sürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol