Menu

Əfqanıstanda tibb mərkəzinə hücum: 2 ölü, 5 yaralı

28.07.2018, 22:31
Əfqanıstanda tibb mərkəzinə hücum: 2 ölü, 5 yaralı

Əfqanıstanda tibb mərkəzinə edilən hücum nəticəsində iki nəfər ölüb, beş nəfər isə yaralanıb. Qeyd olunur ki, ölənlər mərkəzin əməkdaşlarıdır.Trend-in "Tolo News"a istinadən verdiyi məlumata əsasən, terrorçuların hücumunun qarşısı təhlükəsizlik qüvvələri tərəfindən alınıb.

Hadisə ölkənin Nanqarhar vilayətində baş verib. Terrorçular mərkəzə yerli vaxtla 11:30-da hücum ediblər. Hücum beş saata yaxın davam edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol