Menu

ABŞ-da atışma olub, ölənlər və yaralananlar var

29.07.2018, 10:08
ABŞ-da atışma olub, ölənlər və yaralananlar var

ABŞ-da atışma olub."Report"un xəbərinə görə, bu barədə "The Advocate" portalı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Yeni Orleanda baş verib. Atışma zamanı 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Polis hadisənin baş verdiyi ərazini əhatəyə alıb. Silahlı insidentin başvermə səbəbi araşdırılır.

Bildirilir ki, hadisə yerindən xəstəxanaya 3 nəfər aparılıb. Sonra daha 4 nəfər xəstəxanaya müraciət edib.

Hadisənin təfərrüatı açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol