Menu

Sabirabadda 82 yaşlı qadın dəm qazından zəhərlənib

29.07.2018, 11:53
Sabirabadda 82 yaşlı qadın dəm qazından zəhərlənib

Sabirabadda 82 yaşlı qadın dəm qazından zəhərlənib.APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad şəhər sakini, 82 yaşlı Savçenko Nina Qriqoryevna vanna otağında olarkən dəm qazından zəhərlənib. Yaşlı qadın qonşuların köməyi ilə vanna otağından çıxarılaraq Sabirabad xəstəxanasına çatdırılıb.

Hazırda onun vəziyyəti orta ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol