Menu

Beynəlxalq Çempionlar Kuboku: "Mançester Siti" "Bavariya"ya qalib gəldi

29.07.2018, 13:51
Beynəlxalq Çempionlar Kuboku: "Mançester Siti" "Bavariya"ya qalib gəldi

İngiltərənin futbol klubu "Mançester Siti" Beynəlxalq Çempionlar Kuboku matçı çərçivəsində Almaniyanın "Bavariya" klubu üzərində 3:2 hesablı qələbə qazanıb.Trend-in məlumatına görə, oyun Mayamidə keçirilib.

Qalib komandanın heyətində Bernardu Silva (45, 70-ci dəqiqələr) və Lukas Nmeça (52-ci dəqiqə) fərqləniblər. Almanların heyətində isə qolları Meritan Şabani (15-ci dəqiqə) və Aryen Robben (24-cü dəqiqə) vurub.

Hər iki komandanın hesabında 3 xalı var və onlar 5 və 8-ci yerləri bölüşdürürlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol